"Buta Dent"in uzman stomotoloqları Səhər Hefzollesan və Ehsan Hefzollesanın "Hollivud gülüşü" haqda yazısını təqdim edirik:
Gözəl dişlərlə gülüş insanın özünə olan
güvəninin simvoludur. Cəzbedici gülümsəmə və dümağ dişlər sizin haqda digər
insanlarda yaxşı fikir formalaşdıra bilər. Bu gün bütün dünyada diş həkimlərinə hollywood gülüşü ilə bağlı
milyonlarla müraciətlər olur.
Bəs
görəsən Hollywood gülüşü nədir və necə yaranıb?
"Hollywood gülüşü” termini fransız stomatoloq Çarlz Pinkus tərəfindən ötən əsrin 30-cu illərində meydana çıxıb. Hollywood aktyorlarının ekranlarda hamar ağappaq dişlərlə lovğalana bilməsi üçün Pinkus Hollywood Laminates adını almış texnologiyanı icad etdi. Bu texnologiya diş protezlərinin bərkidilməsində istifadə olunan xüsusi yapışqan tozlar vasitəsilə aktyorun dişlərinə bərkidilmiş keramik bəndlər idi.
Özünün müştəriləri sayəsində Pinkus
"ulduz stomatoloq” ləqəbini almışdır. Onun müştəriləri sırasında Cudi Qarlend,
Şirli Templ, Elizabet Teylor, Barbara Stenvik, Fred Aster kimi ulduzlar var
idi. Məhz onun sayəsində bütün dünyaya yayılan "Hollywood gülüşü” ifadəsi
yarandı.
Bu gün də insanlar danışarkən ən əsas da güldükləri zaman "Hollywood” ulduzları
kimi ağ və estetik dişlərə sahib olmaq istəyirlər. Elə "Hollywood gülüşü” ifadəsi
də məhz bu cür yaranıb, pasientlər həkimlərə "mənə hollywood ulduzlarının
gülüşündən” edin deməsi, bu ifadənin bütün dünyada məşhurlaşmasına gətirib
çıxarıb. Estetik cəhətdən sual ortaya çıxır. Görəsən, bu ulduzlar ideal dişlərə
necə sahib olurlar?
Bəlkə dəçoxlarınız bilmirsiz ki, Hollywood ulduzlarının əksəriyyətinin dişləri
saldırmadır. Məsələn Məşhur Hollywood aktyoru Tom Kruz dişlərinə 300 min dollar
xərcləyərək, diş saldırıb. Onlar əksəriyyəti ağızlarına farfor dişlər taxdırırlar. Dişlərdəki
çürük, aşınma, qırıq və ya strukturca pozulmaların müalicəsində istifadə edilən
"laminate farfor" adı verilən "yarpaq farfor" təbii dişə bəyaz
görünüş verir. Farfor yarpaqlar istənilən rəng, boy və şəkildə hazırlanır.
Bununla dişlərin şəkil və rənglərini qalıcı olaraq dəyişdirmək mümkündür.
Qalıcı ağartma istəyən xəstələr farfora çox böyük üstünlük verirlər. Xüsusilə
siqaret çəkənlər daha cilalı və ləkə tutmayan səthlər təmin etdiyi üçün
laminate farforları seçirlər. Çünki bu farforlarda hər hansı bir rəng dəyişikliyi
olmur.
Təbii ki, "hollywood gülüşü"nəsahib olmaq müəyyən maliyyə tələb edir.
Belə təbəssümün təbii yolla alınması mümkün olmadığına görə "Hollywood
gülüşü" əfsanəyə çevrilib. Ulduzlar estetik əməliyyat keçirərək, parlaq təbəssümləri
ilə xüsusi imic yaradır, aləmi özlərinə heyran edirlər. "Hollywood
gülüşü" müasir Amerika estetikasının möcüzəsi sayılır.
Qüsursuz
gülüşə necə sahib olaq?
Gülüş insanın sevincini, xoşbəxtliyini
ifadə edən bir emosiyadır. Gülüşün cürbəcür formaları var. Hər bir qadının ən
böyük istəyi qüsursuz gülüşə malik olmaqdır. Bunun ən əsas yolu isə ideal dişlərdən
keçir. Əgər dişləriniz ideal vəziyyətdədirsə, əmin olun ki, siz gülüşünüzlə ətrafa
da müsbət aura saçacaqsız, hər kəs sizin gülüşünüzə valeh olacaq.
Bəs
ideal gülüşə malik olmaq üçün nə etmək lazımdır?
Hollywood
ulduzları bu yöndə 4 üsula əl atırlar:
Laminate porselenler: Keramik laminat vinirlər
görünüşünüzə mənfi təsir göstərən bir çox diş problemlərinin radikal kosmetik həllidir.
Laminat vinirlərlə müalicənin mahiyyəti - keramikadan hazırlanan nazik, yarı şəffaf
təbəqələrin dişlərin ön səthlərinə yapışdırılmasındadır. Bu növ müalicə əsasən
estetik problemləri olan ön dişlərdə tətbiq olunur və ən konservativ (qoruyucu)
müalicələrdən biridir. Vinirlərin hazırlanması üçün dişlərin ön səthindən çox
az bir qalınlıqda mina təbəqəsinin yonulub götürülməsi yetərlidir. Təxminən
0,3-0,7 mm qalınlığında diş toxumasi yonulub götürülür. Yonulmuş dişlərdən ölçü
alınır və istənilən rəng ve formada vinirlər diş texniki laboratoriyasında
hazırlanıb dişlərin ön səthlərinə xüsusi yapışdırıcı – adheziv ilə
yapışdırılır. Vinirlərlə dişlər arasında möhkəm bir birləsmə əmələ gəlir. Çox
incə və metalsız olduğundan, onlar təbii dişlərə mükəmməl estetik görünüş
verirlər.
Metalsız (zirkon) keramika qapaqlar : Ən çox istifadə olunan və keyfiyyətini
çox saylı təcrübələrlə təsdiqləyən metalsız keramika növü zirkon-dioksid əsaslı
qapaqlardır. Metal ilə müqayisə olunacaq dərəcədə son dərəcə sərt və davamlı
olan bu materialın istifadə müddəti və estetik xüsusiyyətləri də son dərəcə
yüksəkdir.
Çəhrayı
estetik: Çəhrayı
estetika metodu ilə pasient 15-20 dəqiqə ərzində bu problemdən xilas ola bilər.
Çəhrayı estetika metodu ilə diş ətləri lazer və ya elektrocərrahiyə metodu ilə
yuxarıya doğru dartıla bilir. Burada nəzərə çarpacaq məsələ odur ki, diş ətinin
dişlə birləşən hissəsindən ət kəsilərək yuxarıya doğru dartılır, amma bəzi
hallarda dişin sümüyünün yonulması metodu ilə həyata keçirilən proseslər var.
Bu zaman həkimlə pasient birlikdə bu prosedurun müsbət və mənfi tərəflərini
müzakirə edərək qərar verirlər. Diş ətinin dişlə birləşdiyi yerdə ətin
dartılması metodu ilə həyata keçirilən proses daha asan prosesdir. Lazer və ya
elektrocərrahiyyə ilə həyata keçirildiyi üçün ağrısız və qanama olmadan həyata
keçirilən prosesdir və pasient müalicədən sonra gündəlik həyatını davam
etdirir. Çəhrayı estetika ilə həyata keçirilən prosesin faydası odur ki, diş ətləri
daha az görünür və dişlər daha böyük görünür. Çəhrayı estetika metodu ilə əməliyyat
etdirmək istəyən pasientin dişlərində problemlər varsa, estetika prosedurları həyata
keçirildikdən sonra vinir lövhələr qoyulmalı və ya zirkon diş qapaqları
qoyulmalıdır.
Diş
ağartma (Bleaching): Diş ağartma dişlərdə əmələ
gələn rəng dəyişmələrini ağartma əməliyyatıdır. İki müxtəlif ağardıcı metoddan
istifadə olunur. Bunlardan biri xəstənin öz başına tətbiq etdiyi üsul (Home
Bleaching), digəri isə həkimin klinikada tətbiq etdiyi üsuldur (Office
Bleaching). Xəstənin öz başına tətbiq etdiyi prosedur: Həkiminiz ağzınızdan
ölçü götürüb, dişlərinizin üzərinə taxa biləcəyiniz incə rezin nümunələri
hazırlatması, xəstənin özü üçün hazırlanmış xüsusi qəlibin içərisinə dərman
yerləşdirərək bu qəlibi ağardılacaq dişlərin üstünə gündə ən az 6 - 8 saat
taxması (yuxu zamanı məsləhətdir), müalicənin orta hesabla 1 - 4 həftə içində
sonlandırılması. Həkimin klinikada tətbiq etdiyi prosedur: Ağardıcı dərman həkim
tərəfindən diş üzərinə çəkilir. Həmin dişin üzərinə müəyyən bir müddət ağ rəngli
işıq qaynağı tutulur. Prosedur bitdiyində nəticə dərhal müşahidə edilir. Hər
iki üsulun da effektiv olmasına baxmayaraq, seçim, rənglənmə dərəcəsi, müalicənin
tez sonlandırma istəyi həkimin istəyinə bağlıdır.
Neçə
günə Hollywood gülüşünə sahib olmaq olar?
Bu gülüşə sahib olmaq üçün ilk növbədə
diş əti problemini həll etmək lazımdır. Əgər ağzınızda diş azlığı varsa, bu
boşluğa mütləq implant əkilməlidir və dişləriniz tam normal görünüşə
qayıtmasını gözləmək mütləqdir. Laminate üsülu ilə 5-10 günə, Zirkonium farforu
və emax üsulu ilə 7-14 günə qüsursuz Hollywood gülüşünə sahib ola bilərsiz.
Hollywood gülüşünü qoruyub, saxlamaq üçün nə etmək lazımdır?
Hər zaman ideal dişləri qorumaq üçün
gündə ən az 2 dəfə dişlərinizi fırçalamalı, hər gün ağzınızı yaxalamalı, diş
ipindən istifadə etməli və 6 aydan bir mütləq həkim nəzarətində olmalısız.
Hollywood gülüşü neçə il davam edir?
Hollywood gülüşü üçün dişlərə edilən laminate, zirkonyum farforu və ya emax olarak adlandırılan üsul uzun illər ağızda qalma müddəti 10 ildir. Bu müddəti uzatmaq üçün yuxarıda dediyimiz kimi, dişləri hər gün fırçalamalı, onları qorumalı və mütəmadi olaraq diş həkiminə baş çəkməlisiz.
"Buta Dent" ilə əlaqə üçün: +994-55-479-90-44