Hollivud ulduzu tanınmaz hala düşdü - FOTO

MAQAZİN
16:08 28.03.2014
3214
65 yaşlı Riçard Gir bomj görkəmində kameralara görüntülənib
Məşhur Hollivud ulduzu tanınmaz hala düşüb. ANS PRESS-in məlumatına görə, dünyanın ən sevilən, ən yaraşıqlı aktyorlarından biri Riçard Gir bomja çevrilib.
65 yaşlı Riçard Gir ötən il Manhettendə çəkiliş zamanı jurnalistlərin kameralarına görüntülənib. Filmlərində canlandırdığı obrazlarla gündəmin nəbzini tutan Riçard, yeni “Time Out of Mind” filmində evsiz bir adamı canlandırıb. R.Gir və filmdə rol alan digər aktyor Ben Verin çəkiliş zamanı ətrafdakıların maraqlı baxışları ilə üz-üzə qalıblar.
“Time Out of Mind”da küsülü olduğu qızına çatmağa çalışan evsiz bir adamın hekayəsi canlandırılıb. Oren Movermanın rejissorluq etdiyi filmin ssenaristi və rejissoru Ceffriy Kayndır.
Bu adama diqqətlə baxın, kim olduğunu təxmin edə bilirsiniz?
OXŞAR XƏBƏRLƏR