"Neftçi"nin futbolçusu Keisuke Honda, milli komandanın baş məşqçisi De Biazi ve Elxan Məmmədov Ağdama səfər ediblər .
Onlar Ağdamın "İmarət" stadionunda olublar. Bu haqda Keisuke Honda öz Instagram hesabında paylaşım edib. O, yazıb:
"Dünən mən "Qarabağ"a qarşı oynadım. Əslində "Qarabağ" ev oyunlarını mənim hal-hazırda olduğum yerdə - "İmarət" stadionunda keçirməli idi. Ümid edirəm, futbol burada yenidən doğulacaq"
Qeyd edək ki, dünən Premyer Liqanın son turunda "Neftçi" "Qarabağa" qalib gələrək (1-0) çempionluğu əldə etdi