Mərkəzi Amerika ölkəsi Honduras prezidenti Xiomara Kastro İsrailin Qəzzaya davam edən hücumlarını pislədiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Tequsiqalpada tərəfdaşları ilə bir araya gələn Kastro çevrilişlərə qarşı hər zaman demokratiyanın yanında olacaqlarını bildirib.
Kastro İsrailin Qəzzada Fələstin xalqına qarşı hücumlarını pisləyib və 3 noyabrda Hondurasın Tel-Əviv səfirini geri çağırdıqlarını xatırladıb.
Gülay