Honq-Konqun simvolu olan məşhur restoran batdı

Honq-Konqun simvolu olan məşhur restoran batdı
DÜNYA
13:07 21.06.2022
448
Honq-Konqun simvolu olan üzən restoran batıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin görməli yerlərindən biri olan "Jumbo Floating Restaurant” Cənubi Çin dənizində batıb.

Restoranın tabe olduğu "Aberdeen Restaurant Enterprises” şirkətindən verilən açıqlamada üzən restoranın illik təmirinin kifayət qədər baha başa gəldiyi bildirilib.

Açıqlamada 2020-ci ildə COVİD-19 tədbirləri çərçivəsində bağlanan restoranın xidmətdə olmasa da, saxlanmalı olduğu və bu vəziyyətin restoran sahiblərini maddi cəhətdən çətinləşdirdiyi vurğulanıb. Həmçinin restoranın daha az xərclə təmir oluna biləcəyi əraziyə köçürülməsinə qərar verildiyi bildirilib və bunun üçün lazımi prosedurların aparıldığı və icazələrin alındığı qeyd edilib.

Batmasına səbəb kimi, Cənubi Çin dənizində hərəkətə gətirilməyə başlayan üzən restoranın ötən gün "Parasel” kimi tanınan "Şişa” arxipelaqından keçərkən "əlverişsiz şəraitlə” qarşılaşdığı bildirilib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR