“Horadiz” sərhədindən ölkəyə külli miqdarda narkotik gətirməyə cəhd edən şəxslər saxlanılıb

“Horadiz” sərhədindən ölkəyə külli miqdarda narkotik gətirməyə cəhd edən şəxslər saxlanılıb
SOSİAL
11:51 19.04.2025
329
Ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı "VAZ-2106” markalı nəqliyyyat vasitəsi aşkar edilib.

Bu barədə AZXEBER.COM-a Dövlət Sərhəd xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal "Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılmış, pilotsuz uçuş aparatı (PUA) vasitəsilə şübhəli şəxslərin axtarışına başlanılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində əllərində bağlama ilə avtomobilə yaxınlaşan Ağdam rayon sakinləri – 1989-cu il təvəllüdlü Məmmədov Taleh Natiq oğlu və 1991 ci il təvəllüdlü İsmayılov Əhəd Natiq oğlu saxlanılıb.

Bağlamaya baxış zamanı ümumi çəkisi 5 kiloqram 800 qram narkotik vasitə marixuana götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 


OXŞAR XƏBƏRLƏR