"Huawei" "ChatGPT"ə rəqib gətirir: NetGPT

"Huawei" "ChatGPT"ə rəqib gətirir: NetGPT
DÜNYA
11:21 03.05.2023
210
"Huawei" süni intellektli chatbot üçün Çin Patent İdarəsinə ticarət nişanı üçün müraciət edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ChatGPT hələ sınaq mərhələsində olsa da, imkanları ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.

Bir çox şirkət sözügedən süni intellekt chatbotunu öz məhsullarına inteqrasiya etməyə başlayıb.

Əvvəllər ChatGPT-ni məhsullarına inteqrasiya etməyəcəyini və bunun əvəzinə daha təkmil süni intellekt texnologiyalarının inkişafına diqqət yetirəcəyini bildirən Huawei-nin planları ortaya çıxıb.

NetGPT adlı ticarət markasının hazırda təsdiq prosesində olduğu bildirilir.

Qeyd edək ki, ChatGPT-ə bənzər bir chatbot olacağı gözlənilən NetGPT haqqında əlavə təfərrüatlar yoxdur.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR