Hulusi Akar: "Azərbaycanlı qardaşlarımızın haqlı davalarında sonunadək yanlarında olacağıq"

Hulusi Akar: "Azərbaycanlı qardaşlarımızın haqlı davalarında sonunadək yanlarında olacağıq"
SİYASƏT
13:46 05.01.2021
894
"Şanlı ordumuz yeddi iqlim, üç qitəyə sülh, əmin-amanlıq və ədalət aparan əcdadlarımızdan aldığı feyz ilə dost, qardaş, məzlum və məğdur ölkələrin əmin-amanlığı və təhlükəsizliyi üçün də mübarizə aparır; BMT, NATO, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycanda, Liviyada, Kosovoda, Əfqanıstanda, Bosniya və Herseqovinada, Qətərdə, Somalidə, Sudanda və bir çox yerdə sülhə töhfə vermək üçün böyük səylə çalışır”.

AZXEBER.COM xəbər verir ki, bu Türkiyə milli müdafiə naziri Hulusi Akarın Sarıqamış Şəhidlərini Anma Günü ilə əlaqədar açıqlamasında bildirib.

"Sarıqamış Hərəkatının 106-cı ildönümündə vətən, millət və bayraq uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik.

Milli və mənəvi dəyərlər uğrunda şəhid və qazi olmağı ən yüksək mərtəbə sayan millətimiz şəhidlərimizin və qazilərimizin qəhramanlıq və fədakarlıqlarını əbədi olaraq vəfa duyğuları ilə xatırlayacaq, əziz xatirələrini sonsuzadək yaşadacaq.

Köklü və nəcabətli millətimizin bağrından çıxan və peyğəmbər ocağı olaraq da bilinən şanlı ordumuzun ən böyük ilham mənbəyi də şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq və fədakarlıqlarıdır.

Türkiyə Silahlı Qüvvələri torpağı vətən edən əcdadlarımızdan aldığı ilhamla və millətimizin sevgisi, inamı və duasından aldığı güc ilə vətənimizin, mavi vətənimizin (Türkiyənin akvatoriyası nəzərdə tutulur – "Report”), səmalarımızın və 83 milyon vətəndaşımızın təhlükəsizliyini təmin etmək üçün başda FETÖ, PKK/YPG və İŞİD kimi terror təşkilatları olmaqla hər cür təhdid və təhlükəyə qarşı "Ölərsəm şəhid, qalarsam qazi!” anlayışı ilə əzm və qətiyyətlə mübarizə aparır.

Sarıqamış şəhidlərini yad etdiyimiz bu anlamlı gündə "bir millət, iki dövlət” ifadəsinin xüsusi örnəyini sərgiləyən qardaş Azərbaycan xalqının Nargin adasında (indiki Böyük Zirə adası – "Report”) zorla saxlanılan mehmetçiklərimizə etdiyi yardımları da minnət və şükranla anırıq.

Biz də can qardaşlarımızın haqlı davalarında sonunadək bütün imkanlarımızla yanlarındayıq, azərbaycanlı qardaşlarımız ilə kədərdə və sevincdə bir və bərabərik.

Bu duyğu və düşüncələrlə Qazi Mustafa Kamal Atatürk və silahdaşlarını, Sarıqamış şəhidləri başda olmaqla bütün əziz şəhidlərimizi, əbədiyyətə qovuşan qəhrəman qazilərimizi bir daha hörmət və ehtiramla yad edir, qəhrəman qazilərimizə, şəhid və qazilərimizin dəyərli ailələrinə sayğı və təşəkkürümü bildirirəm”, - H.Akar vurğulayıb.

Qeyd edək ki, Sarıqamış hərəkatı Rusiya İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya müharibəsi dövründə, 1914-cü il dekabr ayından 1915-ci il yanvarınadək Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi sonucunda Rusiya çarlığının qələbəsi, türklərin on minlərlə əsgərini itirməsi ilə nəticələnib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
13:32 03.07.2026
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
13:29 03.07.2026
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
13:17 03.07.2026
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
12:57 03.07.2026
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
12:54 03.07.2026
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
12:47 03.07.2026
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
12:42 03.07.2026
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
12:35 03.07.2026
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
12:33 03.07.2026
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
12:20 03.07.2026
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
12:09 03.07.2026
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
Pezeşkian Paşinyanla görüşdü
12:06 03.07.2026
Pezeşkian Paşinyanla görüşdü
Eldar Əzizov yeni rəis təyin etdi
12:05 03.07.2026
Eldar Əzizov yeni rəis təyin etdi
Hərbçimiz futbol oynayan zaman öldü
12:04 03.07.2026
Hərbçimiz futbol oynayan zaman öldü
İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
11:50 03.07.2026
İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
İlham Əliyev Lukaşenkonu təbrik etdi
11:37 03.07.2026
İlham Əliyev Lukaşenkonu təbrik etdi