Hulusi Akar: “Son on gündə 40-a yaxın terrorçu zərərsizləşdirilib”

Hulusi Akar: “Son on gündə 40-a yaxın terrorçu zərərsizləşdirilib”
DÜNYA
19:37 03.05.2023
198
"Son on gündə 40-a yaxın terrorçu zərərsizləşdirilib”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə ordusu terrorla mübarizəni qətiyyətlə davam etdirir: "İraqın şimalında terrorçuların sığınacaqları dağıdılır. Dünən İraqın şimalında terror qruplaşmalarının 2 "rəhbər şəxsi” təslim olub. Suriya ilə sərhəddə isə 3 terrorçu məhv edilib”.

H.Akar bildirib ki, Türkiyə başda İraq və Suriya olmaqla bütün qonşularının sərhədlərinə, ərazi bütövlüyünə hörmət edir: "Bunu bütün həmsöhbətlərimizə deyirik. Biz Suriyanın şimalında terror dəhlizinin qurulmasının qarşısını alırıq. 2015-ci il iyulun 24-dən bəri 37 793 terrorçu məhv edilib”.
 
///Report
OXŞAR XƏBƏRLƏR