Hulusi Akar: "Şuşa Bəyannaməsi istiqamətində apardığımız işlər var"

Hulusi Akar: "Şuşa Bəyannaməsi istiqamətində apardığımız işlər var"
SİYASƏT
21:05 01.02.2022
476

"Şuşa Bəyannaməsi yolumuzu və strategiyamızı müəyyən edən bir sənəddir. Bu sənəd istiqamətində apardığımız işlər var".

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında deyib.

"Hərbi təlim və əməkdaşlıqla bağlı araşdırmalarımız davam edir. Araşdırmalarla müdafiə sənayesi və silahlı qüvvələrimizin təchizatı ilə bağlı nələr edə biləcəyimizi müzakirə edəcəyik. Bu mövzularda mühüm addımlar atmışıq və atmaqda da davam edirik”, - Akar bildirib.

OXŞAR XƏBƏRLƏR