"Dekabrın 24-nə "Taxıl müqaviləsi” üzrə 15 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edilib”.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, Rusiya, Ukrayna, Türkiyə və BMT iyulun 22-də "Taxıl müqaviləsi” adlı sazişlər paketi imzalayıb. Sazişlərin birinci hissəsi Ukrayna limanlarından məhsulların ixracına, ikinci hissəsi isə Rusiya mallarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına aiddir.
Noyabrın 18-də müqavilənin müddəti daha 4 ay müddətinə uzadılıb. Eyni zamanda BMT Rusiya mallarının tədarükünün qarşısının alınmaması üzrə tədbirlər görüləcəyini vəd edib.