Coşkun Sabah yaşadığı xəyanətdən danışıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Haberler.com-un "Youtube” kanalında yayımlanan "Haber Bahane” proqramının qonağı olan sənətçi Coşkun Sabah Hülya Avşarın əsgərlikdə olarkən Tanju Çolakla onu aldatdığını bildirib.
Həmin vaxt çox üzüldüyünü açıqlayan Sabah Tanju Çolakla görüşməyə davam etdiyini, Avşarı da bağışladığını bildirib.
Aparıcının "Hülya Avşar sizi Tanju Çolakla aldatdığı zaman əsgərlikdə olanda özünüzü necə hiss etdiniz?" sualına, "Başına gələn hər kişi buna üzülər. Hülya Avşarla bir müddət görüşmək istəmədim. Asan bir şey olmadı, amma geridə qoymağı bacardım. İnsan bir müddət sonra alışır. Sevdiyimi itirdikdən 1-2 il sonra onun xəyanətini bağışladım”.
Ayşən