Hazırda Türkiyədə olan cənubi koreyalı ifaçı PSY “Yetenek sizsiniz” verilişində iştirak edib.
AZXEBER.COM-un məlumatına görə, o, türkiyəli həmkarı Hülya Avşarla birgə “Gangnam styile” mahnısını rəqs ediblər.Daha sonra zalda əyləşən tamaşaçılara müraciət edən PSY “Bu indiyədək rastlaşdığı ən gözəl seyrçilərdir” – deyib.Daha sonra o, dünyaca məşhur mahnısını canlı olaraq ifa edib. Zalda əyləşənlərdən müğənniyə dəstək gəlib.