Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai” Çindəki zavodunda istehsal olunan 63 min 852 "Tucson” modelini elektrik sistemindəki qüsurlara görə geri çağırır.
AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına görə geri çağırılan avtombillər ötən ilin aprel-oktyabr ayında "Hyundai”ın Pekindəki yığım zavodunda buraxılan nəqliyyat vasitələridir. Prosesə fevralın 1-dən başlanılcaq və bütün qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.
"Hyundai” bundan başqa, sürət qutusunun idarəetmə sistemindəki problemlə əlaqədar 33 min 722 "Tucson” modelini də geri çağıracaq. Bu avtomobillər 2016-cı ilin iyun-avqust ayında istehsal olunub.