Meksikanın ən yüksək dağı Piko de Orizabaya qalxan 4 alpinist yıxılaraq ölüb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə Puebla ştatının mülki müdafiə idarəsi məlumat yayıb.
Belə ki, 5675 metr yüksəklikdəki dağa qalxan 4 alpinist yıxılaraq həyatını itirib.
Piko de Orizaba dağına qalxmağa çalışan alpinistlər tez-tez qəzaların qurbanı olurlar.
Xatırladaq ki, 2015-ci ildə axtarış-xilasetmə qrupları 1959-cu ildə qar uçqunu nəticəsində itmiş 3 nəfərin qarda basdırılmış cəsədini tapıb.
2017-ci ildə də Piko de Orizabada bir amerikalı ölüb.
ABŞ-ın Mexikodakı səfirliyi 2018-ci ildə diplomatik missiyasının üzvünün dağa qalxarkən öldüyünü açıqlayıb.
Mikayıl