Hündür dağa qalxan 4 alpinist yıxılaraq öldü

Hündür dağa qalxan 4 alpinist yıxılaraq öldü
DÜNYA
13:19 21.08.2023
343
Meksikanın ən yüksək dağı Piko de Orizabaya qalxan 4 alpinist yıxılaraq ölüb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə Puebla ştatının mülki müdafiə idarəsi məlumat yayıb.
 
Belə ki, 5675 metr yüksəklikdəki dağa qalxan 4 alpinist yıxılaraq həyatını itirib.

Piko de Orizaba dağına qalxmağa çalışan alpinistlər tez-tez qəzaların qurbanı olurlar.

Xatırladaq ki, 2015-ci ildə axtarış-xilasetmə qrupları 1959-cu ildə qar uçqunu nəticəsində itmiş 3 nəfərin qarda basdırılmış cəsədini tapıb.

2017-ci ildə də Piko de Orizabada bir amerikalı ölüb.

ABŞ-ın Mexikodakı səfirliyi 2018-ci ildə diplomatik missiyasının üzvünün dağa qalxarkən öldüyünü açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR