Hüquq fakültəsinin tələbələrinə xoş xəbər

GƏNCLİK
11:30 21.09.2011
2417
USAİD-in maliyyə dəstəyi ilə Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ) tərəfindən həyata keçirilən “Canlı Hüquq” proqramı çərçivəsində növbəti təlimlər keçiriləcəkdir. 
Proqramın məqsədi hüquqşünas tələbələrdə hüquqi və təlimçilik qabiliyyətlərini formalaşdırmaqla qeyri-hüquqşünasları maarifləndirilməkdir. Proqramda yalnız hüquq fakültəsinin 2, 3 və 4-cü kurs tələbə və magistrləri, o cümlədən beynəlxalq hüquq ixtisası üzrə təhsil alan şəxslər iştirak edə bilərlər. İnteraktiv metodlarla keçiriləcək dərslərdə iştirak etməklə siz hüquqi biliklərinizi dərinləşdirməklə yanaşı təlimçilik, natiqlik, qeyri-hüquqşünasları maarifləndirmə, komandada işləmək bacarığı əldə edəcəksiniz. Proqramda iştirak ödənişsizdir. 
Təlimdə iştirak etmək istəyən hər bir şəxs müraciət blankını https://chmb.org/?category_name=news ünvanından əldə edib 26 sentyabr 2011-ci il saat 16:00-dək doldurub [email protected]/* */ ünvanına göndərə və ya ofisə gətirə bilərsiniz. Proqramda yalnız xüsusi komissiya tərəfindən seçilmiş şəxslər iştirak edə biləcək. 
Qeyd edək ki, təlimlər 2011-ci ilin oktyabrından 2012-ci il may ayına kimi davam edəcək və sonda proqramda uğurla iştirak edənlər sertifikatla təltif olunacaq.
Ünvan: Amerika Hüquqşünaslar Assosiasiyası, 28 May küçəsi 5, mənzil 59-60. (Giriş: Rəşid Behbudov küçəsi, 15. Wagon –Paris Restoranının üstü.)
Əlaqələndirici şəxs “Canlı Hüquq” proqramının koordinatoru Günel Cəfərova. 
Ələqə telefonu: 447-38-18; 447-36-16. 
Bizdən biri ol, bizdən yaxşı ol!

OXŞAR XƏBƏRLƏR