Hüquq müdafiəçisi Avstriya Parlamentində kəlbəcərli əsirlərin məsələsini qaldırıb

SİYASƏT
15:39 26.01.2015
1032

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avstriya Parlamentində görüş keçirib

AZXEBER.COM xəbər verir ki, yanvarın 26-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avstriyanın paytaxtı Vyana şəhərində bu ölkənin Parlamentində olub. Parlament adminstrasiyası ilə görüşən hüquq müdafiəçisi Azərbaycanda insan haqlarının durumu barədə məlumat verib, Birinci Avropa Oyunlarına hazırlıq barədə avstriyalı parlamentariləri məlumatlandırıb.

Görüş zamanı kəlbəcərli asirlər barədə Parlament rəsmilərinə məlumat verən ADİHİ rəhbəri Ermənistanın Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurduğu saxta məhkəmə prosesi haqqında danışıb və avstriyalı deputatların bu barədə Avropa Parlamenti və AŞPA-da məsələ qaldırmalarını xahiş edib.

Görüş zamanı ADİHİ rəhbəri Avstriya Parlamentini gəzib, Parlamentin fəaliyyəti ilə yaxından tanış olub.

OXŞAR XƏBƏRLƏR