“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” işə qəbul elan edir

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” işə qəbul elan edir
SOSİAL
17:32 25.07.2022
342

Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Mərkəzdə mövcud hüquqşünas vəzifələrinə işə qəbul ilə əlaqədar müsabiqə elan edilir.

Mövcud vəzifələr:

Publik hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə
şöbə müdiri – 1
baş mütəxəssis – 2
aparıcı mütəxəssis – 1

Xüsusi hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə
şöbə müdiri – 1
baş mütəxəssis – 1
aparıcı mütəxəssis – 2

Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsi – 3 vakant vəzifə
şöbə müdiri – 1
baş mütəxəssis – 1
aparıcı mütəxəssis – 1

Müsabiqədə iştirak etmək üçün namizədlərə dair minimal tələblər:
• Hüquqşünaslıq ( beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;
• Hüquq sahəsində azı 3 il iş təcrübəsi;
• Ən azı bir xarici dil biliyi.
Əlavə üstünlüklər:

• Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;

• Magistr və ona bərabər ali hüquq təhsili.
Müraciət edən namizədlər arasından yalnız elan olunmuş vəzifələrə daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq. Yalnız yazılı imtahan mərhələsindən uğurla keçmiş şəxslərlə müsahibə keçiriləcək.

Maraqlanan namizədlər öz anketlərini (CV-lərini) [email protected]  emailinə göndərə bilərlər.
Son tarix: 10 avqust 2022-ci il

OXŞAR XƏBƏRLƏR