Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu
SOSİAL
11:18 29.06.2026
310
Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes” markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
 
AZXEBER.COM xəbər verir ki, süni gərginlik yaratmaqla sənədlərini təqdim etməkdən yayınmağa çalışan S.Səmədovun sürücülük hüququnun olmaması müəyyən edilib.

Araşdırma zamanı hərəkətləri şübhə doğuran S.Səmədov tibbi müayinəyə cəlb edilib və onun narkotik maddə qəbul etməsi üzə çıxıb. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən Səmədov 17 gün müddətinə inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək özləri ilə yanaşı digər hərəkət iştirakçılarının həyatına da təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

OXŞAR XƏBƏRLƏR