Bu günə qədər Məryəm Uzerli ("Muhteşem yüzyıl"ın Hürrəm sultanı) ilə münasibətləri barədə bir kəlmə belə danışmayan Can Ateş müsahibə verib. "Tüknmişlik sindromu" yaşadığı üçün serial çəkilişlərini yarımçıq qoyaraq Almaniyaya gedən aktrisanın sevgilisi Ateş həm filmin prodüserinə, həm də mediada çıxan xəbərlərə üsyan edir.Buyurun, Məryəmin yaşadıqlarını bir də sevgilisindən öyrənin:- Can bəy, son aylarda Məryəmin psixoloji vəziyyəti necədir?- Mən indiyə kimi şəxsi həyatımla bağlı heç kimlə danışmadım, heç bir jurnalistə müsahibə vermədim. Ancaq son bir həftədir yazılanlar və Məryəmə edilənlər insanlığa sığmır. Sevgilisi kimi yox, bir insan kimi üsyan edirəm bunlara. Pul üçün serial çəkilişlərindən imtina etdiyini söyləyirlər. Bu qız üç aydır bar-bar bağırır. Çəkilişlərdə özündən gedir,"ruhən və psixoloji cəhətdən çökmüşəm" deyir, heç kimsə qulaq asmır.- Daha az maaş almağını dərd etmirdi?- Məryəmin qabağına 1 milyon dollar qoyun, digər tərəfə də güllər və gözəl sözlər qoyun, onu ən yaxşı tanıyan biri kimi sizi inandırıram ki, ikincisini seçəcək. Pulla, şan-şöhrətlə işi olan biri deyil Məryəm. Ancaq o həmişə "Mənim bir həyatım var, onu da məhv etmərəm" deyib durur. Biz türklərin anlamaqda çətinlik çəkdiyi şeylərdir bunlar.- Buna görə yazıb-doldururlar , bu qədər pul alırsan otur işlə deyə. Bəs səhhəti necədir?- Bitib-tükənib, depressiyadadır... Pul üçün getdiyini və xəstəxanada yatdığını söyləyirlər. Mənə söyləyə bilərsizmi, Almaniyada hər hansı bir həkimdən xəstəliyin olmasa, arayış ala bilərsinizmi? Belə bir şey mümkündürmü?İş həyatına son verərlər. Həkimlər xəstə olduğun üçün arayış verilər.- Həkimlər xəstəliyi üçün nə deyirlər?- Bir il, il yarım həbsdə qalmış adamın psixoloji vəziyyəti necədirsə, elədir deyirlər… Müharibədən çıxmış biri kimi izah edirlər Məryəmin ruhi vəziyyətini… Xəstəliyinə prodüser daxil heç kim inanmır... Xəstə insana edilərmi bu, insanlıqdandırmı bu edilənlər...- Ayrıldığınızla bağlı xəbərlər yayıldı, doğrudurmu?- Yox, ayrılıb eləməmişik, birlikdəyik. Onu bu vəziyyətdə buraxmaram mən. Yıxılmış bir insana vurmaram. İnsan kimi çox üzülürəm. Mən ona həmişə dəstək olmuşam, olmağa da davam edəcəm.- Axrıncı dəfə nə vaxt görüşmüsüz?- 10 gündür həkimlər mən də daxil olmaqla, heç kimlə görüşməyə icazə vermirlər.- Zəngləşirsiz?- Danışırıq telefonda, bir az yaxşıdır vəziyəti. Bu həftə içərisində yanına gedəcəm.- Haqqında çıxan xəbərlərə nə deyir bəs?- Bəhs etmirik yanında, bildirməməyə çalışırıq.- Türkiyəyə qayıtmağı düşünürmü?- Bu yaşananlardan sonra inanmıram qayıtsın. Berlində ayda 5-6 min avro qazanıb normal həyatına qayıda biləcək biridir Məryəm. Onsuz da bunu tez-tez deyirdi...- Bu prosesdə ən çox üzüldyü şey nə oldu?- Prodüserin cümə gününə qədər otel otağını boşaltmasını söyləməsi...- Necə yəni, belə tez? Bəs prodüser Məryəmlə əlaqə saxlaya bilmədiyini deyir...- Onsuz da prodüser əlaqə saxlaya bilməyib. O, otelə təlimat verir, otel də Məryəmə mail yazır “otağı boşaldın” deyə. Məryəm onu görüb… Bu qız sizə nə pislik edib? Serialınıza illərdir bu qədər tövhəsi olub. Bir alman nizam-intizamı ilə işləyib. Hər gün vaxtında çəkilişlərdə olub. Belə münasibətə layiq idimi? Məryəm Almanyada canıyla əlləşdiyi bir vaxtda necə boşaltsın otel otağını?Bu insanlıq deyil... Bu proses mənə serial sektoruna qarşı nifrət yaratdı.- Məryəm çox sıx işləyirdi?- Hər gün saat 07:45-də gəlib götürürdülər. Saat neçədə yatırsa-yatsın, saat 07:45-də hazır olurdu. Bir gün belə axsatmadı. Axşam da evə ən tez saat 20:00-də, ən gec də 23:00-də qayıdırdı. Bir də sabah səhər 07:45-ə qədər də 8 səhifəlik materialı əzbərləmək məcburiyyətində idi. Türk dilini iki il əvvəl öyrənib. Buna görə də hər səhifəni yazmağa çalışır, sonra əzbərləyirdi. İnanılmaz bir tempdə işləyirdi...- Həftənin neçə günü belə idi?- 5 gün belə işləyirdi. İki gün icazəsi vardı. Onda da reklam çəkilişləri, reportajlar... Bazar günü yenidən bazar ertəsindəki çəkilişlərə çalışmaq məcburiyyəti... Nəhayət, iflas etdi. Zarafat deyil bu, Almaniyada həkimlər deyirlər, elə havadan alınmış müayinə kağızı deyil bunlar...- Bəs nə istəyir Məryəm?- Məryəmin istədiyi yeganə bir şey var: pul-para deyil, həyatında nizam-intizam istəyir. Normal saatlarda işləsin, özünə və həyatına vaxt ayıra bilsin. Xoşbəxt olsun. Bunların hamısı həyatında bir nizam içində olsun. Məryəmin istədiyi budur. Bunu da burda əldə edə bilmədi, buna görə də qayıdacağını sanmıram.- Bu cür ağır iş rejimi münasibətinizə zərər verdimi?