"Hürrəm Sultan" arıqlayır

MARAQLI
13:16 23.08.2011
1792

"Muhteşem Yüz Yıl" serialının baş qəhrəmanlarından biri Hürrəm Sultanı canlandıran Məryəm Üzerli arıqlamaq istəyir. O bu məqsədlə Almaniyada arıqlamaq istəyənlər üçün düşərgədə qalır. Keçən mövsüm serial üçün seçilən kostyumlara sığmayan aktrisa dərhal dieataya başlamış və mütəxəssisin nəzarəti altında 7 kq arıqlamışdı. Hürrəm Sultan Almaniyada da 5 kq arıqlaya bilib.  Keçən həftə İstanbula gələn və serialın yeni mövsümü üçün hazırlıqlara başlayan Məryəm Üzerli ona aid səhnələrin bayramdan sonra çəkiləcəyini öyrənib və aradakı 10 gündəlik fasiləni dəyərləndirmək üçün yenidən Almaniyaya qayıdıb.

OXŞAR XƏBƏRLƏR