'Hürrəm Sultan' Bakıya gəlir

MƏDƏNİYYƏT
16:05 31.05.2013
1980

Türkiyə və Azərbaycanın birgə layihəsi olan “Acıtan yürek” bədii filminin çəkilişlərinə hazırlıq prosesi gedir.

Bu barədə layihənin mətbuat katibi Fuad Mədətov məlumat verib.Hazırda filmin seçim turlarının qeydiyyatı davam edir. İyunun 8-dən 23-dək mərhələli sınaq turları keçiriləcək.Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmakın ekranlaşdıracağı “Acıtan yürek” filminin final seçim turlarına münsif kimi qatılacaq Türkiyənin məşhur aktyoru Saruhan Hünəl də iştirak edəcək.Bundan başqa, filmin final seçim turlarına daha iki məşhur şəxs də qatılacaq. Onlar Türkiyənin ən çox izlənilən “Muhteşem yüzyıl” serialında Hürrəm Sultanı canlandıran aktrisa Məryəm Üzerli və aparıcı, prodüser Acun Ilıcalıdır.Filmin seçim turlarında ictimaiyyətə tanınmayan simalar və ilk dəfə kamera qarşısına keçən şəxslər çəkiləcək.Azərbaycanın şəhər və rayonlarında (Bakı, Sumqayıt, Lənkəran, Bərdə, Gəncə, Qəbələ və Naxçıvan) baş tutacaq sınaq turlarının dəqiq vaxtı barədə isə ictimaiyyətə ən azı 10 gün əvvəl məlumat veriləcək.Məlumat üçün bildirək ki, “Acıtan yürek” filminin çəkilişləri Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdiriləcək.Seçim turlarına 18-30 yaş arası gənclərlə (qeydiyyatın qiyməti 4 AZN dəyərindədir) yanaşı, 3-14 yaş arası uşaqların da (qeydiyyatın qiyməti 2 AZN dəyərindədir) qatılmasına ehtiyac var. Bunun üçün qeyd olunan yaş həddinə uyğun şəxslər (qadın və kişi) şəxsiyyət vəsiqəsinin surətiylə və 2 ədəd 3x4 ölçülü şəkillə qatıla bilərlər.

OXŞAR XƏBƏRLƏR