Almaniyada mühacirətdə olan keçmiş deputat-oliqarx, "Quska” ləqəbli mafioz Hüseyn Abdullayevin daha bir cinayət əməlinin üstü açılıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda tanınmış jurnalist Eynulla Fətullayev yazıb. İddiaya görə, "Quska”nın qeyri-leqal yarımhərbi dəstəsinin üzvləri "Azərsun” prezidenti Abdolbari Goozalın ofisinə basqın edərək biznesmeni döyüb, seyfindən 180 min dollar aparıb.
Jurnalist bu dəfə Hüseyn Abdullayevin növbəti cinayəti haqda yazıb. Yazıdan sitat:
Qədim torpağın Culfa rayonunda toyxanalarda postsovet erası üçün nou-xau sayıla biləcək ionika instrumenti ilə naxçıvanlıları təəccübləndirən kasıb bir şoferin oğlu Guska günlərin bir günü Bakının bütün yanacaq bazarında inhisar qurmaq iddiasına düşdü. Tale Quska Abdullayevin üzünə gülümsədi də. 90-cı illərin sonuna qədər Quska nəinki metal, həm də yanacaq üzərində inhisara nail oldu. Yəqin ki, 90-cı illərdəki acınacaqlı səhnələr hamının yadındadı - Bakı küçələrində Quskanın küçə uşaqları benzini və dizeli vedrələrlə satırdı. Sonra bu vedrənin biri də Sərdar Cəlaloğlunun başında partladı...
Ancaq kustar üsullarla, heç bir sərmaye qoymadan, sadəcə dizeli satıb pulu cibə qoymaq kimi primitiv mexanizmin dövrü bitmək üzrə idi. Həm də bazara yeni biznesmenlər - Quskadan daha savadlı və Qərb menecmentini əxz etmiş iş adamları indiki prezidentliyə namizədə rəqib çıxmaq istədilər.
Onlarda biri Azərsun Holdinqin rəhbəri, hamının tanıdığı Abdolbari Gözəl idi. Təxminən 2000-ci ildə Fərhad və Rafiq Əliyevlər qardaşları ilə bərabər, Gözəl də Quskanın inhisara götürdüyü biznesə əl uzatmaq istədi. Və uzatdı da. O da daşınma biznesində kvota aldı.
Sağlam rəqabətə davam gətirməyən Quska, öz cinayətkar dəstəsini Gözəlin ofisinə göndərdi. Təxminən 2001-ci ilin payızında, Quskanın qanunsuz silahlı dəstəsi Gözəlin ofisinə soxuldu, biznesmenə qarşı zorakılıq etdilər, həm də məqami-cəngdən istifadə edərərək, iş adamının kabinetini qarət etdilər. Gözəlin seyfindən də 180 min dollar pul apardılar.
Məsələ şişdi. Bu haqda rəhmətlik Heydər Əliyevə məruzə etdilər. Qəzəblənmiş prezident faktiki olaraq Quskanı ev dustağına çevirdi. 2003-cü ilin oktyabrına qədər Quska Bilgəhdə bağında qaldı, Bakının həsrətini yaşadı... İndiki kimi... Yüngül cəza imiş deməli.
Jurnalistin bu iddiasına "Azərsun Holdinq"in biznesin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərovdan cavab gəlib: