Hüseyn Dəryanın ad günüdür

MAQAZİN
12:20 29.06.2014
1756
Bu gün mərhum reper Hüseyn Dəryanın ad günüdür.AZXEBER.COM-un məlumatına görə, 3 ay əvvəl avtomobil qəzasında dünyasını dəyişən azərbaycanlı məşhur reper Hüseyn Dəryanın ad günüdür. O, 1975-ci ilin bu günü Bakıda dünyaya göz açıb.Çox sayda fanat ordusu olan reperin ad gününü pərəstişkarları sosial şəbəkədə kədər hissi ilə qeyd etdiklərini yazıblar.Mərhum reperin keçmiş həyat yoldaşı Sona Muradova isə sosial şəbəkədə sənətçi ilə bağlı ürək sözlərini yazıb:"Sevgilim, bu gün ad günündür. Ağrı içindəyəm, çünki hər il sənə kiçik də olsa hədiyyə alırdım. Yanağından öpürdüm. Bu il edə bilmirəm, bağışla. Həyatımda yaşadığım ilk və son sevgim oldun. Səninlə xoş günlərimizi xatırlayıb, ağlamaqdan başqa əlimdən bir şey gəlmir. Ruhun şad, yerin cənnət olsun. Bağışla səhhətim yol vermədiyi üçün qəbir ziyarətinə gələ bilmirəm, amma yanımdasan, hiss edirəm. Səninlə keçirdiyim o gözəl günləri, dəlilikləri, bir yerdə etdiyimiz sevgi etiraflarını unutmağım mümkün deyil. İndi kənardan seyr edib, sadəcə gülürəm. Bilirsən nəyə? Sənə narkoman, pulsuz deyib, qapı bağlayanlar indi roldan-rola girirlər. Sənin haqqında heç bir məlumatı olmayan insanlar səninlə bağlı xatirəsi varmış kimi danışanda nifrət edirəm, amma susuram. 7 il səninlə əziyyət çəkən tək bir ad var idi: Sona. Səni necə varsan, elə qəbul etdi. Mənə sevgini sübut etmək üçün dəyişəcəyinə söz verdin və onu tutdun. Hüseyn, səni həmişə sevdim, qəlbimdəsən, həmişə də sevəcəm. Ad günün mübarək".
OXŞAR XƏBƏRLƏR