Hüseyn Dəryanın arvadı Zaur Baxşəliyevdən şikayət ərizəsi yazıb

Hüseyn Dəryanın arvadı Zaur Baxşəliyevdən şikayət ərizəsi yazıb
MAQAZİN
22:26 25.02.2019
5864
Mərhum reper Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova ATV-də yayımlanan "Bizimləsən” verilişində şəxsi həyatının müzakirə olunmasına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, News24.az-ın redaksiyası ilə əlaqə saxlayan S.İbadova aparıcı Zaur Baxşəliyev və "Bizimləsən” verilişi haqda şikayət ərizəsi yazdığını açıqlayıb.

Buna səbəb proqramda Hüseyn Dəryanın ilk evliliyindən olan qızı Aişənin Sona İbadovadan oğlu Cahangirin DNT analizi istəmə tələbi olub. 

İbadova ərizəsində Zaur Baxşəliyevin ona atılan böhtanlara şərait yaratdığını yazıb:

"Bizimləsən” verilişində baş verənlərə görə şikayət ərizəsi yazmışam. Çünki mənim üzərimdən reytinq qazanır, icazəm olmadan mənim ailəmi müzakirə edirlər.

Ərizəni Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla "Azad Azərbaycan Televiziyası”nın rəhbərliyinə, Milli Televiziya və Radio Şurasına və Ombudsman Elmira Süleymanovaya ünvanlayacam.

Oğlum Cahangir psixoloji sarsıntı keçirir! Ümumiyyətlə, evdəki ab-hava çox pisdir. Mən özüm də xəstəyəm. Neçə ildir süd vəzimdən müalicə alıram. Bunların hamısı mənə stress yaşadır.

Mənim hesabat verəcəyim adam Hüseyn idi. Üçüncü bir adamın ixtiyarı yoxdur ki, ailəmi müzakirə edib, məndən hansısa sübut istəsin.

Sübut övladımın doğum haqda şəhadətnaməsidir. Orada da Cahangir Hüseyn oğlu Muradov yazılıb. Eyni zamanda da bizim rəsmi nikahımız var. Bundan başqa nəyi sübut edim? Mən heç kimə heç nəyi sübut etmək məcburiyyətində deyiləm.

ATV-dən məni verilişə dəvət edirlər. Amma ora getməmişəm və getmək fikrim də yoxdur. Çünki onlar mənim üzərimdən şou yaradırlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı