Sona ANS PRESS-ə açıqlamasında, yas mərasiminin öz evlərində düzənlənəcəyini söylədi:"Hüseyn mənim həyat yoldaşım olub. Boşansa da ölənə qədər dost olmuşuq. Düzdür, davalarımız, problemlərimiz çox olub. Amma Hüseyn həmişə bizim yanımıza gəlib-gedib. Anam Hüseynin xətrini çox istəyirdi. Cahangirə baş çəkməyə gələndə istədiyi yeməkləri bişirirdi. Çirkli paltarlarını yuyurdu, ütüləyirdi. O başıbəlalı verilişə gedəndə dostu Əşrəf gəlib ütülənmiş paltarlarını bizdən apardı. Nə isə, çox danışmaq istəmirəm. Sözümün canı budur ki, Cahangir Hüseynin oğludur. Hüseyn atasının adını verib oğluna - Cahangir Hüseyn oğlu Muradov. Və mən oğlumun adından Hüseynə cümə axşamı verirəm. Binanın həyətində çadır qurulacaq. Yasa adam çağırmazlar, ürəyi istəyənlər gələ bilərlər."Qeyd edək ki, Hüseyn Dəryanın bacısı Ofelya xanım 23 martda yaşadığı Qaraçuxur qəsəbəsindəki evində qardaşı üçün 7 mərasimi təşkil edib.Xatırladaq ki, Hüseyn Dərya 14 martda keçirdiyi avtomobil qəzasında aldığı ağır xəsarətlərlə 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilmişdi və səhəri günü günü - 15 martda əməliyyat zamanı dünyasını dəyişmişdi.