Hüseyn Dəryanın keçmiş həyat yoldaşı müğənni oldu

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı müğənni oldu
ŞOU-BİZNES
23:05 02.01.2012
3411

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova müğənni olmaq qərarına gəlib. 

AZXEBER.COM-un məlumatına görə, "Space" TV-də yayımlanan "Sevimli şou"ya qonaq olan Sona müğənni olmaq istədiyini deyib. Verilişin aparıcısı Mikayıl Sonadan mahnı oxumağı xahiş edib. O da öz növbəsində "Heç küsməyin yeridirmi?" mahnısını ifa edib.

Verilişdə qonaq olan əməkdar artist Zöhrə Abdullayeva Sonaya məsləhət görüb ki, o daha oxumasın: "Sona bu gün oxumadı. O şeir dedi. Qızım, sənə məsləhətim budur ki, daha oxuma. Get keçmiş həyat yoldaşın Hüseyn Dərya ilə barış"  

Bir neçə ay öncə məşhur reperden ayrılan Sona isə deyib ki, bundan sonra həvəskar müğənni kimi restoranlarda çıxış edəcək. 

OXŞAR XƏBƏRLƏR