Hüseyn Dəryanın oğlu Cahangir məzun olub.
AZXEBER.COM xəbər verir ki, bu haqda rejissor Kənan MM-in həyat yoldaşı, müğənni Aygün Şükürova məlumat verib.
Bu özəl gündə Hüseyn Dərya ilə dost olan rejissor Kənan MM, Cahangiri yalnız buraxmayıb.
Aygün Şükürova Kənanla Cahangirin son zəngdə çəkilmiş görüntülərini paylaşaraq bunları yazıb:
"Mənim ağıllı oğlum Cahangir. Sən bu gün məzun oldun. Çox sevinirəm. Allah yolunu açıq eləsin. Səsin zirvələrdən gəlsin, ağıllı balam. Nə qədər ki, canımızda can var, biz hər zaman sənin yanındayıq. Atan səni görür və belə ağıllı, yaraşıqlı olduğun üçün səninlə qürur duyur".
Aysel