Hüseyn Dəryanın qızı atası ilə vidalaşdı - FOTOLAR

Hüseyn Dəryanın qızı atası ilə vidalaşdı - FOTOLAR
Bütün Xəbərlər
16:11 15.03.2014
18701
Reperin ilk həyat yoldaşından olan övladı da xəstəxanaya gəlib
Ötən axşam qəzaya uğrayaraq dünyasını dəyişən Hüseyn Dəryanın qızı da atası ilə vidalaşmaq üçün xəstəxanaya gəlib.
AZXEBER.COM xəbər verir ki,ANS PRESS-in xəstəxanadakı əməkdaşının verdiyi məlumata görə, səhər saatlarında dünyasını dəyişən reper Hüseyn Dəryanın meyidi hələ də ekspertizadadır.
Səhər saatlarında reperin oğlu anası, H.Dəryanın ikinci həyat yoldaşı Sona Muradova oğlu ilə birlikdə xəstəxanada olub. İlk həyat yoldaşından olan qızı isə əraziyə yeni gəlib.
Məlumata görə, ifaçının son arzusu övladlarını görmək olub.
Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.
OXŞAR XƏBƏRLƏR