Hüseyn qiyabi həbs cəzasına məhkum edildi

Hüseyn qiyabi həbs cəzasına məhkum edildi
MAQAZİN
18:08 02.02.2026
350
Rusiya Prokurorluğu azərbaycanlı bloger Hüseyn Həsənova qarşı çirkli pulların yuyulması işi üzrə ittiham aktını təsdiqləyib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Hüseyn Həsənov Rusiya Cinayət Məcəlləsinin "cinayət törətmək yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” maddəsi ilə ittiham olunur.

Cinayət işi baxılması üçün Presnenski Rayon Məhkəməsinə göndərilib.

Bloger qiyabi həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Hüseyn Həsənovun fərdi sahibkar kimi 170 milyon rubldan çox vergini ödəmədiyi bildirilib.
OXŞAR XƏBƏRLƏR