Husilərin "Ənsar Allah” hərəkatı Qırmızı dənizdə ABŞ-nin "Dwight Eisenhower” təyyarədaşıyan gəmisinə raket zərbəsi endirib.
Bunu husilərin hərbi nümayəndəsi Yəhya Sarai bildirib.
Məlumata görə, gəmi ABŞ və İngiltərənin Yəməndəki husi obyektlərinə endirdiyi zərbələrə cavab olaraq vurulub.