Husilər daha bir ABŞ gəmisini vurdu

Husilər daha bir ABŞ gəmisini vurdu
DÜNYA
13:11 29.01.2024
131
Husilər Ədən körfəzində ABŞ gəmisini hədəf aldıqlarını açıqlayıblar.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri X sosial media platformasında verdiyi açıqlamada Husi qüvvələrinin Yəmənin cənubunda Ədən körfəzində həyata keçirdiyi hücumla bağlı məlumat verib.
 
ABŞ Hərbi Dəniz Qüvvələrinə aid "Lewis B Puller" gəmisini "uyğun dəniz raketi" ilə hədəf aldıqlarını ifadə edən Seri sözügedən hücumun Fələstin xalqına dəstək, ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab vermək üçün edildiyini bildirib.

Seri açıqlamasında "Gəminin vəzifələrinə ölkəmizə hücumda iştirak edən ABŞ qüvvələrinə logistik dəstək vermək daxildir", - deyib.
 
O, Qəzzaya hücumlara qədər İsrailə aid və ya İsrail limanlarına gedən gəmilərin qarşısını almağa davam edəcəklərini qeyd edib. 

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR