Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər
DÜNYA
01:29 29.10.2026
206
Yəmənin qərbinə nəzarət edən husilər çərşənbə günü Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinin hava limanının dərhal boşaldılmasına çağırıblar.

AZXEBER.COM xarici mediaya istinadla xəbər verir ki, husilərin sözçüsü Yəhya Səri "X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, hava limanında hazırda hərbi yük təyyarəsi var və Yəmən xalqına qarşı istifadə olunması üçün onunla silah daşınır.

"Silahlı qüvvələrimiz Ədən hava limanında olan şəxsləri oranı dərhal boşaltmağa çağırır”, – deyə Səri qeyd edib.
OXŞAR XƏBƏRLƏR