Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı bu gün İsraildəki hədəflərə raket zərbəsi endirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Asharq News" husilərin silahlı qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
"Yəmən silahlı qüvvələri İsrailin mühüm hərbi hədəflərinə ballistik raketlər atıb", - məlumatda bildirilib.
Bu, Fars körfəzində mövcud gərginliyin başlanmasından bəri Yəmən husilərinin endirdiyi ilk zərbədir.










































