4 gün ərzində Qəzzaya yardımların daşınmasına icazə verilməsə Yəmən husiləri İsrailə qarşı dəniz əməliyyatlarını bərpa edəcək.
Bunu Yəmənin "Ənsar Allah” hərakatının lideri Əbdül Malik əl-Husi "Al Masirah” telekanalına bildirib.
"İsrail dörd gün ərzində Qəzza zolağına humanitar yardımın daxil olmasına mane olmağa, nəzarət-buraxılış məntəqələrini bağlı saxlamağa, qida və dərmanların Qəzza zolağına daxil olmasının qarşısını almağa davam edərsə, o zaman İsrailə qarşı dəniz əməliyyatlarımızı bərpa edəcəyik", - o bildirib.