Husilər İsrailin Baş Qərargahına hücum etdiklərini açıqlayıb

Husilər İsrailin Baş Qərargahına hücum etdiklərini açıqlayıb
DÜNYA
20:55 02.09.2025
729
Husilər İsrailə qarşı bir neçə əməliyyat keçirib.

Bu barədə Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sari məlumat yayıb.

Onun sözlərinə görə, İsrail ordusunun Baş Qərargahının binalarına qarşı, Yafa, Al-Qadira, Lod hava limanı və Aşdod limanında 4 dron əməliyyatı keçirilib.

Dəniz blokadasını pozan bir gəmiyə qarşı da əməliyyat keçirilib. Bu hücumda iki dron və bir kruz raketindən istifadə edilib və hədəf vurulub.
 
/APA
OXŞAR XƏBƏRLƏR