Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsraildə iki hədəfə, o cümlədən Tel-Əvivdəki Ben-Qurion hava limana zərbələr endiriblər.
Bunu qiyamçılar tərəfindən formalaşdırılmış silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib.
O qeyd edib ki, husilər hücumlar zamanı hipersəs ballistik raketlərdən istifadə ediblər.