Husilər Tel-Əvivdəki Ben-Qurion hava limanına zərbə endiriblər

Husilər Tel-Əvivdəki Ben-Qurion hava limanına zərbə endiriblər
DÜNYA
19:07 10.07.2025
417
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Tel-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanına raket zərbəsi endiriblər.

Bu barədə "Al Masirah” telekanalı üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariaya istinadən məlumat yayıb.

"Yəmən raket qüvvələri "Zülfiqar" ballistik raketindən istifadə edərək Tel-Əvivdəki Ben-Qurion hava limanına hücum edib. Əməliyyat məqsədinə çatıb", - o bildirib.
OXŞAR XƏBƏRLƏR