Yəməndəki husilər İsrailin Təl-Əviv şəhərindəki obyektlərdən birinə hipersəs ballistik raketi ilə zərbə endirdiklərini bəyan ediblər.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriyə məlumat verib.
"Yəmən silahlı qüvvələrinin raket birləşmələri "Fələstin-2” hipersəs ballistik raketindən istifadə etməklə hərbi əməliyyat həyata keçirib. Raket Təl-Əvivdə düşmənin mühüm obyektini hədəf alıb və əməliyyat uğurla başa çatıb”, – Səriə "Al Masirah” telekanalına açıqlamasında bildirib.