Husilər bir neçə gün ərzində İsraildəki "Ben-Qurion" hava limanına üçüncü raket zərbəsi endirdiklərini bəyan ediblər.
Bu barədə "Al Masirah” telekanalının efirində husilərin hərbi nümayəndəsi Yəhya Saria bildirib.
Onun sözlərinə görə, hücum zamanı hipersəs ballistik raketdən istifadə edilib.
Qeyd edək ki, ötən gün husilər bu hava limanına iki dəfə hücum ediblər.