Husilərə yardım edən ABŞ Energetika Nazirliyinin əməkdaşı saxlanılıb

Husilərə yardım edən ABŞ Energetika Nazirliyinin əməkdaşı saxlanılıb
DÜNYA
08:52 02.10.2026
99
ABŞ Energetika Nazirliyinin əməkdaşı ölkədə terror təşkilatı kimi tanınan Yəmənin "Ənsar Allah" hərəkatına (husilər) maddi yardım göstərməyə cəhd etməkdə ittiham olunaraq Vaşinqton ştatında saxlanılıb.

ABŞ Ədliyyə Nazirliyi xəbər verir ki, Riçlend şəhərinin 51 yaşlı sakini Eşton Hamed Ellabudi oktyabrın 1-də səhər saatlarında saxlanılıb.

İstintaqın versiyasına görə, dövlət qulluqçusu xaricə səfərlər edib və peşəkar biliklərindən husilərə yardım göstərmək üçün istifadə etməyə çalışıb.

Xüsusilə, o, partlayıcı maddələrin hazırlanması üçün materialların, eləcə də həmin partlayıcıları daşıya bilən pilotsuz uçuş aparatlarının hazırlanması üçün lazım olan vasitələrin alınmasında ittiham olunur.

Təqsirli bilinərsə, Ellabudini 20 ilədək həbs cəzası gözləyir.
 
///report///

OXŞAR XƏBƏRLƏR