"Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün başlatılan "Aspides" missiyası çərçivəsində 68 gəmi yaxından mühafizə edilib, 11 hücuma müqavimət göstərilib".
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel fevralın 19-da dənizdə naviqasiya təhlükəsizliyi üçün yola salınan "Aspides” missiyasının əməliyyat komandiri kontr-admiral Vasileyos Qriparis ilə birgə mətbuat konfransında deyib.
Husilərin Qırmızı dənizdəki hücumlarının Avropa bazarına vurduğu zərərin qarşısını almaq və gəmilərin təhlükəsizliyini təmin etmək üçün Aspidesin atıldığını vurğulayan Borel husilərə qarşı hər hansı əməliyyat keçirilmədiyini bildirib.
Husilərin hücumlarının beynəlxalq hüququ və naviqasiya azadlığını pozduğuna diqqət çəkən Borrell hücumların yaratdığı təhlükəsizlik problemlərinin bölgədə sabitliyi pozduğunu bildirib.
Borrell, "Hər il dünya ticarətinin 13 faizi bu sulardan (Qırmızı dəniz) keçdiyi halda, bu gün Süveyş kanalından gündə yalnız 70-dən çox gəmi istifadə edir. Bu səbəbdən müdaxilə etmək lazım idi" - deyib.
Hücum altında olan strateji dəniz xətlərinin qorunmasının kritik əhəmiyyət daşıdığını vurğulayan Borrell, "Bunun İran və Husilərlə və ya Qəzza müharibəsi ilə heç bir əlaqəsi yoxdur", - deyib.
Kontr-admiral Qryparis həmçinin indiyə qədər 9 pilotsuz uçuş aparatının, 1 pilotsuz suüstü gəminin və 1 amfibiya gəmisinin ballistik raketinin zərərsizləşdirildiyini açıqlayıb.
"Bizim əməliyyatımız quruda heç bir hücum həyata keçirməyəcək", - deyə Qryparis bildirib.
Mikayıl