Hövsanda abadlıq işləri niyə yarımçıq saxlanılıb? - VİDEO

Hövsanda abadlıq işləri niyə yarımçıq saxlanılıb? - VİDEO
SOSİAL
01:07 17.06.2026
129
Həyətdə aparılan abadlıq işləri 6 aydır yarımçıq qalıb... Görüntülər Suraxanı rayonu, Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi 9 ünvanındandır...

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, 6 binanın ümumi həyətindəki oturacaqlar, söhbətgahlar sökülüb, asfalt qatı təmir adı ilə dağıdılıb. Sakinlərə vəd verilib ki, həyət 3 aya abadlaşdırılacaq. Ancaq, həyət nə abadlaşdırılıb, nə də bura tökülən köhnə tikinti matrealları yığışdırılıb.

 "Sakinlərin şikayətinə aydınlıq gətirmək məqsədilə 104 saylı Mənzil-Kommunal İstismar Sahəsinə yaxınlaşdıq. Lakin bizə bildirildi ki, qurumun rəisi iclasdadır.

Suraxanı Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədovla isə telefon əlaqəsi saxladıq. Mais Məmmədov bildirdi ki, Hafis Quliyev küçəsində aparılan abadlıq işlərinin üç ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.

O qeyd etdi ki, altı binanın çıxışının olduğu ərazidə yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi səbəbindən təmir işlərində gecikmələr yaranıb.

OXŞAR XƏBƏRLƏR