Hövsanda dənizə yaxın açıq ərazidəki yanğın söndürülüb

Hövsanda dənizə yaxın açıq ərazidəki yanğın söndürülüb
SOSİAL
16:59 14.08.2023
159
 Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə AZXEBER.COM-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
 
16.11
Paytaxtın Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazi yanır.
 
Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
 
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
 
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR