Hövsanda kanalizasiya suları dənizə axıdılır? - VİDEO

Hövsanda kanalizasiya suları dənizə axıdılır? - VİDEO
SOSİAL
00:42 26.06.2026
272
Ətrafa yayılan xoşagəlməz qoxu sakinlərin narahatlığına səbəb olub.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Suraxanı rayonu Hövsan qəsəbəsindən gedir. Sakinlər iddia edirlər ki kanalizasiya suları dənizə axılıdır və bu proses illərdir davam edir.

Sakinlər aidyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, bu məsələ onlara aid deyil.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən isə qeyd olundu ki, onlar heç bir tullantı suyu birbaşa dənizə axıtmır. Tullantı sular əvvəlcə sutəmizləyici qurğularda proseslərdən keçirilərək təmizlənir, normativ tələblərə uyğun vəziyyətə gətirildikdən sonra təbii su hövzələrinə ötürülür. Bu zaman hər hansı qoxunun yayılması müşahidə olunmur.

OXŞAR XƏBƏRLƏR