Hyundai Gangnam stilini parıldatdı - VİDEOLAR

İQTİSADİYYAT
12:05 23.10.2013
1879

Hyundai Seulun məşhur Qanqnam məhəlləsində “Brilyant kub” adlanan müasir incəsənət nümunəsi yerləşdirib. Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısının ölkə paytaxtının mərkəzində yerləşdirdiyi bu əsərin şəhərin görməli abidələrindən birinə çevriləcəyi gözlənilir.

Hyundai-ın beynəlxalq miqyaslı “Parlaq yaşa!” kampaniyasından ilhamlanan yeni əsər6m x 6m x 5m ölçülü şüşə konstruksiyadan ibarətdir. Kinetik art nümunəsi sayılan şüşənin içərisində 576 LED örtüklü dirək yuxarı-aşağı hərəkətlə 3D effektli şəkillər nümayiş etdirir. Daxildəki LED “qutu” 4m x 4m x 3m ölçüdədir. Onu təşkil edən 24-rəngli LED sütunlar şaquli hərəkət etməklə forma yaradır.

Brend innovativ dəyərini çatdıran layihəsini müxtəlif konsert, sərgi və tamaşalarla davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR