Hyustonda gecə klubunda atəş açılıb, yaralananlar var

Hyustonda gecə klubunda atəş açılıb, yaralananlar var
DÜNYA
09:11 24.03.2025
186

ABŞ-nin Texas ştatının Hyuston şəhərində gecə klubunda baş vermiş silahlı insidentdə nəticəsində altı nəfər yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ABC yerli polisə istinadən məlumat yayıb.

"Bazar günü səhər tezdən Hyustonun gecə klubunda baş vermiş silahlı insident nəticəsində altı nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır”, – telekanal bildirib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik olaydan sonra avtomobillə qaçmış iki şübhəlini saxlaya bilməyiblər. Onların əməllərinin niyyətləri bəlli deyil.

Telekanal qeyd edib ki, hadisə Hyustonda qanunsuz gecə klublarındakı bir sıra silahlı insidentlərdən sonra hüquq-mühafizə orqanlarının reydləri fonunda baş verib.

OXŞAR XƏBƏRLƏR