Mehriban Əliyeva aprel şəhidinin borcunu sildirdi: "Parabank" geri addım atmağa məcbur oldu

Mehriban Əliyeva aprel şəhidinin borcunu sildirdi: "Parabank" geri addım atmağa məcbur oldu
SOSİAL
17:09 22.06.2017
28091
"Parabank" şəhid ailəsinin borcunu bağışlayıb.
 
Bu gün millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə "Parabank" rəhbərliyinin aprel şəhidini məhkəməyə verdiyi, evlərini itirmək qorxusunun yarandığı haqda yazmışdı. 
 
AZXEBER.COM xəbər verir ki, millət vəkili artıq məsələnin öz həllini tapdığını və borcun bağışlandığını qeyd edib. Millət vəkili I vitse-prezident Mehriban Əliyevaya şəhid ailələrini daim diqqətdə saxladığı üçün xüsusi təşəkkürünü bildirib:
 
"Para BOKT ASC"-yə və idarə heyətinin sədri Vəli Quliyevə təşəkkürlər. Şehid qardaşımız Xaliq bəyin ailəsinin banka bütün borclarını bağışladılar və bununla bağlı sənədləri şəhidimizin anasına ve atasına verdilər. Eyni zamanda ölkəmizin 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirik. Mehriban xanımın köməkçisi Anar Ələkbərov zəng edib şəhid anamızla danışdı ve dedi ki, şəhid ailələri Mehriban xanımın xüsusi diqqetindədir və ailənin qayğıları ile maraqlanır. Bankın rəhbəri Vəli müəllimə operativ münasibəti üçün bir daha təşəkkürlər".
 
Xatırladaq ki, millət vəkili bu haqda bu gün yazmışdı: Sizə bir az əvvəl rəsmi məktubla yanaşı bu açıq məktub da yazmaq istədim. Buna səbəb Aprel şəhidimiz Xaliq Əzizzadənin anasının, yəni şəhid anasının bir saatdır həyacandan, əsəbdən, üzüntüdən dayanmayan gözyaşlarıdır. Çünki o övladının bir müddət əvvəl fəaliyyətdə olan "Para Bank"dan götürdüyü pul və bankın onların başına gətirdiyi oyunlar üzündən məhkəməyə verilib və yaşadığı evi itirməklə üz-üzədir. Ən dəhşətlisi isə sizin Xətai rayon məhkəməsində qaldırdığınız iddia əsasında Aprel şəhidinin cavabdeh qismində məhkəmə çağırılmasıdır. Doğurdanmı 1 ildən çox vaxt keçməsinə, bütün ölkənin Aprel şəhidlərini tanımasına ramən qurumunuzda Xaliq Əzizzadənin şəhid olması barədə xəbər yoxdur ki onu cavabdeh qismində məhkəməyə çağırtdırır "PARA" BOKT ASC. Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?
 
"Para" BOKT ASC rəhbərliyi! Sizi yaraşan bu şəhid ailəsini qəbul edib, problemin həlli istiqamətində addımlar atmaqdır. Şəhid anasının da söylədiyi kimi doğurdanmı şəhidimizin Vətənimiz üçün, bizim üçün axıtdığı qanın o pul qədər dəyəri yoxdur. Məncə siz də belə düşünürsünüz ki var. Məncə siz də düşünürsünüz ki şəhid anası və atası banka borc üzündən(o borcun hansı oyunlarla böyüdüyünü qəbul etsəniz şəhidimizin anası və atası sizə geniş izah edər. Təbii siz keçmişdə törədilmiş bu işlərdə cavabdeh deyilsiniz amma bu ailə də qurban olmamaldır)evsiz qalmamalıdır. Hara gedəcək bu ağcaçlı ana və ağsaqqal ata? Onlar Ermənistandan qaçqın düşmüş insan kimi bir dəfə evlərini itiriblər və illərlə zəhmətdən sonra aldıqları bu evdən başqa da nə evləri nə də gedə biləcəkləri bir yer var. Ölkəmizin 1-ci Vitse Prezidenti hörmətli Mehriban xanım Əliyevanın bu ailələrlə görüşündə dediyi sözlər, önəmli mesajlar hamımızın yaxşı yadımızdadır. Bu ailələrə hər bir çətinlikdə yardım olmalıyıq. "Para" BOKT ASC rəhbərliyi! Bu gün həyatımdakı ən ağır günlərdən birini yaşayıram. Çünki bir şəhid anasnını 1 saata yaxındır ki dayanmadan axan gözyaşları dayandırmaq üçün çarələr axtarırıq. Və axan hər damla üçün utanırıq. O gözyaşlarını dayandırmaq sizin əlinizdədir. Və ümid edirəm ki siz müqəddəs Ramazan ayında o gözləri sevindirmək üçün ciddi addımlar atacaqsınız. Şəhidmiz milyonlarla pulla alına bilməyəcək qədər böyük fədakarlıq edib. Canını qurban edib, Mənim, Onun, Sizin üçün.
 
Qeyd edək ki, Əsgər Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xidmət və işlərlə əlaqədar qanunvericiliyin tələblərini pozan QHT-lər cərimələnəcək
20:21 18.06.2025
Xidmət və işlərlə əlaqədar qanunvericiliyin tələblərini pozan QHT-lər cərimələnəcək
DİN yol kənarlarında ticarətlə bağlı vətəndaşlara müraciət edib
20:08 18.06.2025
DİN yol kənarlarında ticarətlə bağlı vətəndaşlara müraciət edib
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
20:00 18.06.2025
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Ukraynanı tərk edən ölkə vətəndaşlarının sayı açıqlanıb
19:49 18.06.2025
Ukraynanı tərk edən ölkə vətəndaşlarının sayı açıqlanıb
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
19:37 18.06.2025
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
Almaniya XİN İranı İsrailə güzəştə getməyə çağırıb
19:24 18.06.2025
Almaniya XİN İranı İsrailə güzəştə getməyə çağırıb
"Bütün konsertlərimdən pul qazanmışam"- Namiq onları yalanladı
19:10 18.06.2025
"Bütün konsertlərimdən pul qazanmışam"- Namiq onları yalanladı
Qrossi: Natanzdakı obyektdə radioaktiv çirklənmə baş verib
18:59 18.06.2025
Qrossi: Natanzdakı obyektdə radioaktiv çirklənmə baş verib
İsrail XİN rəhbəri: İranla heç bir danışıq aparılmır
18:47 18.06.2025
İsrail XİN rəhbəri: İranla heç bir danışıq aparılmır
IDF sözçüsü: İsrail hərbi obyektləri, İran isə mülki əhalinin evlərini hədəfə alıb
18:32 18.06.2025
IDF sözçüsü: İsrail hərbi obyektləri, İran isə mülki əhalinin evlərini hədəfə alıb
"Azerçay” ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir
18:19 18.06.2025
"Azerçay” ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir
Xameneyi: İran İsraillə münaqişədə qalib gələcək
18:14 18.06.2025
Xameneyi: İran İsraillə münaqişədə qalib gələcək
Oğuz-Qəbələ-Bakı su xəttindəki qəz aradan qaldırıldı - Xəttə su doldurulur
18:13 18.06.2025
Oğuz-Qəbələ-Bakı su xəttindəki qəz aradan qaldırıldı - Xəttə su doldurulur
İraqda İrana PUA daşıyan üç avtomobil saxlanılıb
17:57 18.06.2025
İraqda İrana PUA daşıyan üç avtomobil saxlanılıb
Konfrans Liqası: “Hayduk” “Zirə"nin, “Aris” “Araz-Naxçıvan”ın rəqib olub
17:45 18.06.2025
Konfrans Liqası: “Hayduk” “Zirə"nin, “Aris” “Araz-Naxçıvan”ın rəqib olub
Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq
17:33 18.06.2025
Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq