İAU Bakıda təqaüd imtahanı keçirəcək

İAU Bakıda təqaüd imtahanı keçirəcək
SOSİAL
12:13 19.06.2025
289

Azərbaycan gəncləri üçün Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul Aydın Universiteti (İAU) 2025–2026-cı tədris ili üzrə beynəlxalq tələbələr üçün təqaüd imtahanı elan edib. Geniş imkanlar təqdim edən bu imtahan Azərbaycan vətəndaşları üçün ödənişsiz təşkil olunur və təhsilini Türkiyədə davam etdirmək istəyən gənclərə 25%-dən 100%-dək təqaüdlə təhsil almaq imkanı yaradır.

Qeyd edək ki, İstanbul Aydın Universiteti hazırda 125 ölkədən 8500-dən çox beynəlxalq tələbənin təhsil aldığı nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetdə 25 fakültə və 200-dən çox ixtisas mövcuddur. Müasir laboratoriyalar, geniş kampus və texnopark imkanları ilə seçilən ali məktəb Erasmus+ və digər beynəlxalq mübadilə proqramları vasitəsilə 660-dan artıq universitetlə əməkdaşlıq edir.

Universitetin təqdim etdiyi təqaüdlər 25%, 50%, 75% və 100% faiz olmaqla müxtəlif səviyyələrdə nəzərdə tutulub. Məzunların 83.6%-nin işlə təmin olunması isə İstanbul Aydın Universitetinin tələbələrinə təqdim etdiyi keyfiyyətli təhsilin göstəricisidir. Qəbul olunan tələbələr Avropa Birliyi və Azərbaycanda tanınan Mavi Diplom əldə edirlər.

Bu imtahanda iştirak etməklə sən də İAU ailəsinin üzvü ola bilərsən. Sadəcə qeydiyyatdan keç, biliklərini yoxla və 100%-dək təqaüdlə təhsil imkanını dəyərləndir!

İmtahan tarixi: 22 iyun 2025
İmtahan üçün son qeydiyyat: 20 iyun 2025
Nəticələrin elan olunması: 14 iyul 2025
İmtahan saatı: 10:00 – 12:00
İmtahan yeri: Xəzər Universiteti, Bəşir Səfəroğlu küçəsi 122, Bakı, Azərbaycan

Qeyd: İmtahanda iştirak Azərbaycan vətəndaşları üçün ödənişsizdir. İştirak haqqı universitetin vəqfi tərəfindən qarşılanır.

Onlayn qeydiyyat üçün link:
https://applyonline.aydin.edu.tr/scholarshipexam/

Əlaqə:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
14:59 19.06.2025
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq
14:47 19.06.2025
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq